21.04.2023

“Bağçalarda kargüzarlıq işlərinin aparılması, sənədlərin hazırlanması, tərtibatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib

Aprelin 20-də Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov Sabirabad və Saatlı rayonun uşaq bağçalarının müdirlərinə “Bağçalarda kargüzarlıq işlərinin aparılması, sənədlərin hazırlanması, tərtibatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təlim keçib.

 

Təlimdə mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin dövriyyəsi, qeydə alınması, uçotunun təşkili, əmək munasibətlərinin tənzimlənməsi, sənədləşdirilməsi və s. kimi vacib mövzuları müəssisə rəhbərlərinə ətraflı izah edib.

 

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,