25.04.2023

Beyləqan rayon təhsil sektoruna yeni təyinat olub

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abbasov Elvin Sevdimalı oğlu Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

 

Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev tərəfindən Abbasov Elvin Sevdimalı oğlu rayonun təhsil ictimaiyyətinə təqdim olunub.

 

Təqdimatda sektorun işçiləri və məktəb direktorları iştirak ediblər. Qeyd edək ki, Elvin Abbasov yeni təyinata qədər Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

 

Elvin müəllimi təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!


Açar sözlər: ,