20.04.2023

“Məktəblərdə kargüzarlıq işlərinin aparılması, sənədlərin hazırlanması, tərtibatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təlimlər keçirib

Mil-Muğan Regional Təhsil İdarəsi yeni təyinat almış məktəb direktorlarının peşəkar inkişafına kömək məqsədilə “Məktəblərdə kargüzarlıq işlərinin aparılması, sənədlərin hazırlanması, tərtibatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təlimlər keçirib.

 

Təlimlərdə mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin dövriyyəsi, qeydə alınması, uçotunun təşkili, əmək munasibətlərinin tənzimlənməsi, sənədləşdirilməsi və s. kimi vacib mövzular müəssisə rəhbərlərinə ətraflı izah edilib.


Açar sözlər: ,  ,