27.04.2023

“SkillCup” sosial layihəsi keçirilib

Aprelin 25-də Sabirabad rayonunda "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin Aran zonası üzrə "Heydər Əliyev ili"nə həsr olunmuş  “SkillCup” sosial layihəsi keçirilib.

 

Tədbirdə Hacıqabul, Şirvan, Salyan, Sabirabad, Saatlı, Beyləqan, İmişli və Neftçala rayonlarında fəaliyyət göstərən peşə təmayüllü siniflərin XI sinif şagirdləri iştirak edib.

 

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edillib.

 

Peşə təmayüllü siniflərin XI sinif şagirdlərindən ibarət komandalar arasında 3 turdan ibarət Nə? Harada? Nə Zaman? intellektual oyun keçirilib. Yarışın sonunda Hacıqabul rayonun komandası I, Sabirabad rayonun komandası II və Salyan rayonun komandası III yerin qalibi olub.

 

Qalib olmuş komandalar kubok, diplom və medallarla təltif olunublar.

 

Qeyd edək ki, layihə Peşə təmayüllü siniflərin təşkilatçılığı, Mil- Muğan Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilib.


Açar sözlər: ,  ,  ,