30.04.2023

Sabirabad şəhəri 5 nömrəli tam orta məktəb müsabiqə qalibi olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb müsabiqənin qaliblərindən olub. Mükafatlandırılması mərasimində məktəbin direkrtoru Kərimov Elsevər Rasim oğluna AHİK-nin diplom və hədiyyəsi təqdim olunub.

 

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır.


Açar sözlər: ,  ,