02.05.2023

Fənn olimpiadalarının final turları başladı

Mayın 2-də fənn olimpiadalarının respublika mərhələsinin final turuna start verilib.

 

İlk olaraq fizika və coğrafiya fənləri üzrə final mərhələsi keçirilir. Fizika fənni üzrə 122, coğrafiya fənni üzrə 121 nəfər olmaqla ümumilikdə 243 şagird bu mərhələdə iştirak edir. 

 

Olimpiadanın ilkin nəticələri imtahan günü və ya bir gün sonra www.olimpiada.edu.az saytında elan olunacaq. 

 

Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.


Açar sözlər: ,  ,