05.05.2023

Qızılkənd kənd tam orta məktəbin “Turan” komandası ikinci yeri tutub

Astara rayonunda Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sərhəd” hərbi-idman oyununun final mərhələsi keçirilib.

 

Final mərhələnin yekunlarına görə İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci yeri tutub.

 

Oyununun final mərhələsində komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

 

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

 

Komanda üzvləri Lənkaran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,