Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəblilər və yazarlar arasında "Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər" mövzusunda "Ən yaxşı yazı müsabiqəsi" elan etmişdir.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən olan 175 yazı təqdim olunmuşdur.
Respublikanın tanınmış yazıçı və alimlərindən ibarət münsiflər heyəti tərəfindən baxılmış yazılar iki nominasiyada dəyərləndirilmişdir.
Yazarlar arasında Beyləqan rayonu I Sahsevən kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva I yerə layiq görüəlüb.
Rəşidə müəlliməni təbrik edirik və uğurlar arzulayırıq!