08.05.2023

U-15 Azərbaycan çempionatının qalibləri

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idmanın güləş növü üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub.

 

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 çəki üzrə ümumilikdə 218 Yunan-Roma güləşçiləri mübarizə aparıb.

 

68 kiloqram çəki dərəcəsində Sabirabad rayon UGİŞM-in yetirməsi Əhmədli Yusif Rəşad oğlu bütün rəqiblərinə qalib gələrək, Azərbaycan çempionu adına layiq görülüb və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

 

57 kiloqram çəki dərəcəsində isə Sabirabad rayon UGİŞM-in yetirməsi Murquzov Ayaz Araz oğlu 3-cü yerə layiq görülərək, Azərbaycan yığma komandasının tərkibində məşqlərini davam etdirəcək.

 

Hər iki idmançımızı qazandıqları qələbə münasibətilə təbrik edirik!


Açar sözlər: ,  ,