14.06.2023

Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb

Məktəblərdə keçirilmiş “Son zəng” tədbirlərində Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, müdir müavini Rabil Şahbazov, RTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

 

Tədbirlərdə çıxış edən Rəşad Musayev məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. O, qeyd edib ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Mil - Muğan Regional Təhsil İdarəsi üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında da yüksək inkişafa stimul verib. Son illərdə yeni məktəblərin tikildiyini, təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, həmçinin maddi-texniki bazasının gücləndirildiyini diqqətə çatdırıb. Təhsilə göstərilən dövlət qayğısından danışan Rəşad Musayev bildirib ki, bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

 

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş olunub.

 

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Mil-Muğan RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrin IX siniflərini 6657, XI siniflərini isə 4128 nəfər şagird bitirib.


Açar sözlər: ,  ,  ,