İmişli rayonu bir sıra ümumtəhsil mktəblərinin şagirdləri arasında Allahmədətli kənd ümumi orta məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı intellektual bilik yarışı keçirilib. Yarışda Əliyetməzli, Ağamallar, Məmmədli, Oruclu, Ağaməmmədli kənd tam orta məktəblərin və Allahmədətli kənd ümumi orta məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak edib.
Tədbirdə İmişli rayon təhsil sektoru üzrə baş məsləhətçi Vahid Tağıyev və məktəb direktorları iştirak edib.
Vahid Tağıyev tədbirdə ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz xidmətlərindən, 44 günlük tarixi qələbədən və hazırda ölkəmizdə gedən hərtərəfli inkişafdan danışıb və sonda şagirdlərə uğurlar arzulayıb.
Yarışın nəticələrinə əsasən I yeri Allahmədətli kənd ümumi orta məktəbin, II yeri Əliyetməzli və III yeri isə Oruclu kənd tam orta məktəblərin komandaları tutub.
Qalib gələn komanda üzvləri diplomla təltif olunublar.