10.05.2023

Müəllimlərimiz imtahanını uğurla veriblər

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2 müəllim - Sabirabad rayon Balvar kənd tam orta məktəbin tarix müəllimi Xəlilova Nurlana Ağarəhim qızı, Sabirabad şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəllimi Əsgərova Nurlana Əlifağa qızı Beynəlxalq Sertifikatlı Mütəxəssis statusunu qazanıblar.

Müəllimlərimiz peşəkarlığını təsdiqləyərək #MicrosoftCertifiedEducator imtahanını uğurla veriblər.

 

Microsoft Certified Educator imtahanı pedaqoqların xüsusi texnologiya alətlərindən istifadədə bacarıqlı olub-olmadıqlarını deyil, altı müxtəlif məzmun sahəsində texnologiya alətlərini necə tətbiq etməyi başa düşüb-düşməmələrini qiymətləndirir.

 

Bu mühüm nailiyyətə görə müəllim həmkarlarımızı təbrik edir uğurlar arzulayırıq!


Açar sözlər: ,