Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Mədəniyyətimizin hamisi" adlı məktəblilər arasında regional yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqənin bədii qiraət nominasiyası üzrə I mərhələsi Saatlı rayonunda yekunlaşıb. Saatlı rayonu Məzrəli kənd tam orta məktəbinin VII sinif şagirdi Mustafayeva Zəhra Polad qızı müsabiqədə I yeri tutub. Sabirabad rayon Qaraağac kənd tam orta məktəbin Xl sinif şagirdi Fətullayev Mircamal Mircəlal oğlu isə lll yer tutub.
Saatlı rayonu 4 saylı tam orta məktəbin VII sinif şagirdi Leyla İsmayılzadə Fortepiano üzrə I, VI sinif şagirdi Əli Eyvazli xanəndəlik nominasiyasi üzrə II və yaş qrupunda isə I yeri tutaraq fəxri fərmanla təltif olunublar. 4 saylı tam orta məktəbin III sinif şagirdi Nuriyeva Nuray müsabiqədə laureat adına layiq görülüb.
Bu münasibətlə şagirdlərimizi təbrik edirik!