18.06.2023

Sertifikatlaşdırmanın imtahan mərhələsi keçiriləcək

Əziz müəllimlər!

Bildiyiniz kimi 20 - 24 iyun 2023-cü il tarixlərində ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin peşəkarlıq səviyyələrinin, peşə yararlıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək məqsədilə sertifikatlaşdırmanın imtahan mərhələsi keçiriləcək.

 

Ulu öndər Heydər Əliyev təhsil haqqında demişdir ki, “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.“ Bu baxımdan müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını daim təkmilləşdirməlidir.

 

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin genişmiqyaslı, çoxcəhətli fəaliyyətlərində ölkəmizdə təhsil islahatları həyata keçirilməkdədir. Sertifkatlaşdırma da bu islahatların tərkib hissələrindəndir. Bu islahatlar təhsilimizin inkşafı ilə bərabər müəllimlərimizin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir.

 

Əziz müəllimlər!

Siz hər zaman gərgin əməyiniz nəticəsində təhsilimizə böyük uğurlarınızla töhfə verərək, təhsilimizi daha da inkişaf etdirmək üçün daima yeniliklər axtarışında olub və bu axtarışlarda özünüzü inkişaf etdirməyi bacarmısınız.

Zəngin təcrübəniz, bilik və bacarıqlarınız sayəsində sertifikatlaşdırmanın imtahan mərhələsində ən böyük nailiyyətlərə imza atacağınıza inanırıq.

Əminik ki, məsuliyyətdən irəli gələn həyəcan sizin ən yüksək nəticəni əldə etməyinizə mane olmayacaq.

 

Əziz müəllimlər, sizə imtahanda uğurlar arzulayırıq!

 

Hörmətlə,

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev.


Açar sözlər: ,  ,