11.05.2023

"Bütün insanlığa örnək həyat yolu" adlı tədbir keçirilib

Sabirabad şəhər S. Vurğun adına 3 nömrəli tam orta məktəbdə "Bütün insanlığa örnək həyat yolu" adlı tədbir keçirilib.

 

Tədbirdə Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti addım-addım şagirdlər tərəfindən dinləyicilərə çatdırılıb. Şagirdlərin ifasında Ulu öndərə aid şeirlər, kəlamlar söylənilib, mahnılar ifa olunub və milli rəqslər nümayiş olunub.

 

Tədbirin sonunda şagirdlər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətini onun kimi sevib, qoruyacaqlarına, gələcək nəsillərə azad və müstəqil Azərbaycanı ərməğan kimi çatdıracaqlarına söz veriblər.


Açar sözlər: ,  ,