11.05.2023

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzləri yaradılıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində vətəndaşlara texniki dəstək göstərilməsi və şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 4 təhsil sektorunda (Beyləqan, İmişli, Saatlı, Sabirabad) 23 alternativ qeydiyyat mərkəzi yaradılıb.

 

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrup tərəfindən zəruri köməklik göstəriləcəkdir.

 

Xatırladaq ki, valideynlər İmişli “ASAN xidmət” mərkəzində də birinci sinifə şagird qəbulunun qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.

 

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.


Açar sözlər: