13.05.2023

Aysel Abdullazadə İngilis Dili Sertifikat Proqramının üç aylıq magistraturasını uğurla başa vurub

Sabirabad şəhər N. Nərimanov adına 2 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Aysel Abdullazadə Amerika səfirliyinin dəstəyi ilə təşkil olunmuş azərbaycanlı müəllimlər üçün İngilis Dili Sertifikat Proqramının üç aylıq magistraturasını uğurla başa vurub.

 

Azərbaycanın müxtəlif orta məktəblərini təmsil edən yüz nəfərə ingilis dili müəllimi Şimali Karolina Dövlət Universitetinin rəhbərliyi ilə 14 həftəlik intensiv virtual təlim proqramında iştirak edib. İyunun 16-17-də Bakıda ADA Universitetində keçiriləcək yekun konfransda sessiyaları təqdim etmək üçün 30 müəllim-iştirakçı seçilib.

 

İştirakçılar arasında Aysel müəllim də yer alıb.

 

Aysel müəllimi təbrik edir, gələcək fəaliyyətində uğur arzulayırıq!


Açar sözlər: ,