18.05.2023

Gülnar Cəfərli İngilis Dili Sertifikat Proqramının üç aylıq magistraturasını uğurla başa vurub

Beyləqan rayonu Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnar Cəfərli Amerika səfirliyinin dəstəyi ilə təşkil olunmuş azərbaycanlı müəllimlər üçün İngilis Dili Sertifikat Proqramının üç aylıq magistraturasını uğurla başa vurub.

Azərbaycanın müxtəlif orta məktəblərini təmsil edən yüz nəfərə ingilis dili müəllimi Şimali Karolina Dövlət Universitetinin rəhbərliyi ilə 14 həftəlik intensiv virtual təlim proqramında iştirak edib.

 

İyunun 16-17-də Bakıda ADA Universitetində keçiriləcək yekun konfransda sessiyaları təqdim etmək üçün 30 müəllim-iştirakçı seçilib.

 

İştirakçılar arasında Gülnar müəllim də yer alıb.

 

Xatırladaq ki, Gülnar müəllim 2020-2021-ci ildə Böyük Britaniyanın Chevening təqaüd proqramını qazanaraq İngiltərənin ilk onluğunda yer alan Bristol Universitetini TESOL ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2020-ci ildə isə AKS Education tərəfindən ilin Global Müəllimi Mükafatına layiq görülüb. Bundan əlavə, Böyük Britaniya Konsulluğunun Online Teacher Community (Onlayn Müəllim Cəmiyyəti) kursunu da fərqlənmə sertifikatı ilə bitirib.

 

Gülnar müəllimi təbrik edir, gələcək fəaliyyətində uğur arzulayırıq!


Açar sözlər: ,