23.05.2023

“Fərq yaradan gənc müəllim 2023” müsabiqəsini elan edilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramı ilə birlikdə ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2023” müsabiqəsini elan edib.

 

Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.

 

Müsabiqə icbari təhsildə olan və ya 5-17 yaş arasında olan uşaqlara dərs deyən, hazırda ümumtəhsil müəssisələrində işləyən gənc müəllimlər üçün açıqdır. Müəllimlər həftədə ən azı 10 saat uşaqlarla əyani tədrisdə olmalı və növbəti 5 il ərzində müəllimlik peşəsində qalmağı planlaşdırmalıdırlar. Ölkənin bütün ümumtəhsil müəssisələrində çalışan müəllimlər müraciət edə bilərlər. Ətraflı məlumatı qeydiyyat linkinə daxil olaraq əldə edə bilərsiniz.

 

Qeyd olunanları nəzərə alaraq, sizdən xahiş edirik ki, layihənin geniş gənc müəllim kütləsinə çatması üçün qeydiyyat linkinin paylaşılmasında bizə dəstək göstərəsiniz. Göstərəcəyiniz dəstəyə və əməkdaşlığa görə öncədən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası adından Sizə təşəkkürümüzü bildiririk.

 

Son qeydiyyat tarixi 25 maydır.

 

Qeydiyyat linki: https://forms.gle/pWrnJGs6ENHeRwDp6


Açar sözlər: ,