25.05.2023

I sinfə uşaqların qəbulu üçün müsahibələr keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə tədrisin digər dildə aparılan məktəblərin I sinfə uşaqların qəbulu üçün müsahibələr keçirilib.

 

Müsahibə üçün müraciət edən vətəndaşların övladları “Şəxsi kabinet”lərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

 

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 2 mərkəzdə 2 müsahibə komissiyası fəaliyyət göstərir.

 

Müsahibədə uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.

 

Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.


Açar sözlər: ,  ,  ,