04.07.2023

Mini-futbol üzrə yarışa yekun vurulub

Vətən müharibəsində şəhid olmuş Xalid Nəciyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə yarışa yekun vurulub.

 

Mini-futbol üzrə yarış Saatlı rayonu ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilib.

 

Yarışın final tədbirində şəhid Xalid Nəciyevin valideynləri, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Saatlı rayon İcra Hakimiyyətinin, Saatlı rayon YAP təşkilatının, Saatlı rayonu hüquq-mühafizə orqanlarının, digər qurum və təşkilatların rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Final mərhələsinə vəsiqə qazanmış Saatlı şəhər 4 nömrəli tam orta məktəbin komandası ilə Nəsimikənd kənd tam orta məktəbin komandası yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Nəsimikənd kənd tam məktəbin komandası qalib olub.

 

Qalib komanda üzvləri və yarış boyu fərqlənən oyunçular diplom, medal və kubokla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,