01.08.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 7 layihə qalib olub.
 
Qalib layihələrdən üçü Beyləqan şəhəri üzrə, üçü Saatlı rayonu üzrə, biri isə İmişli rayonu üzrədir.  
 
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
 
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.

 


Açar sözlər: ,