18.08.2023

Mil-Muğan RTİ-də görüş keçirilib

Avqustun 17-də Mil-Muğan Regional Təhsil İdarəsində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

 

Görüşdə MMRTİ-nin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və qalib layihələrin rəhbərləri iştirak edib.

 

Görüşdə Mahir Zahidov çıxış edərək ilk öncə layihə qaliblərini təbrik edərək, qrant müsabiqələrinin keçirilməsində məqsədin gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, innovativ ideyalarının və yaradıcı təşəbbüsləri ilə fərqlənən müəllimlərin dəstəklənməsindən və s. ibarət olduğunu bildirib.

 

Sonda müsabiqənin qalibləri rəhbəri olduqları layihənin əhəmiyyəti və vacibliyi barədə məlumat verərək, layihələrinin təhsilimiz və regionumuz üçün uğurlu olacağına inandıqlarını bildiriblər.

 

Xatırladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Mil-Muğan RTİ üzrə 2 (iki) məktəb kateqoriyası, 5 (beş) fərdi kateqoriya üzrə olmaqla, ümumilikdə 7 (yeddi) layihə qalib olub.


Açar sözlər: ,  ,