19.08.2023

Qabaqcıl, peşəkar müəllim məlumat bazası formalaşdırılır.

Dövlət ümumi təhsil müəssisələrində çalışan pedaqoji fəaliiyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

 

Qeyd olunan meyarlara malik müəllimlər işlədiyi müəssisə rəhbərliyinə ( direktor, direktor müavini, həmkarlar təşkilatının sədri) və ya müvafiq rayon təhsil sektorlarına müraciət edə bilər. Qeydiyyat 18 -28 avqust 2023-cü il tarixlərində aparılacaqdır.

 

Namizədlər üçün tələb olunan mütləq meyarlar:

    Pedaqoji təcrübə- azı 10 il

    Qiymətləndirmə nəticəsi- İxtisas balının 70%-dən yuxarı olması

    Barəsində son 1 ildə intizam tənbehinin olmaması

 

Ən azı birinin olması mütləq olan meyarlar:

    Təhsildə innovasiyalar üzrə qrant müsabiqə qalibi olması

    İlin ən yaxşı müəllimi müsabiqəsiniin qalibi olması

    Şagirdlərinin fənn olimpiadalarında qalib olması

    Şagirdlərinin fənn müsabiqələrində qalib olması

    Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması

    Şagirdlərinin ən yaxşı təqdimat müsabiqəsində qalib olması

    IV sinif monitorinqlərinin nəticələri (hər hansı bir müvafiq sinif üzrə hər bir şagirdinin 50%-dən yüksək nəticə toplaması)

    IX və XI sinif buraxılış nəticələri (hər hansı bir müvafiq sinif üzrə hər bir şagirdinin 50%-dən yüksək nəticə toplaması)

    Şagirlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması

 

Arzuolunan əlavə meyarlar (mütləq deyil):

    Hər hansı təltifə sahib olması

    ETN təşəkkürnaməsi

    ETN Fəxri Fərmanı

    Qabaqçıl təhsil işçisi döş nişanı

    Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak

    eTwnning layihəsi

    Bir müəllim manifesti

    RTİ tərəfindən təltifin olması

    Dərslik müəllifi olması

 

Qeyd olunan kateqoriyaya uyğun müəllimlərin müraciət edərək, qeydiyyatdan keçməsini tövsiyə edirik.


Açar sözlər: ,  ,