19.08.2023

Təsərrüfat müdiri, laborant, kitabxana müdiri, kitabxanaçı və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələə qəbul üzrə müsabiqəyə starinə işrt verilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, təsərrüfat müdiri, laborant, kitabxana müdiri, kitabxanaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

 

Müsabiqə üç mərhələdən ibarət olacaqdır. Sənədlərin qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələdən uğurla keçən namizədlərə müvafiq vakansiya üzrə vəzifə təklif olunacaqdır.

 

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə yerli təhsil idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər link ( https://forms.gle/JpcAusPFJ5nRoNck9 ) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyat müddəti 19 avqust 2023-cü il tarixdə başlamaqla, 10 təqvim günü ərzində davam edəcək və 29 avqust 2023-cü il tarixdə saat 23:59-da başa çatacaq.

Qeydiyyatdan keçmiş namizədlər qeydiyyatda göstərilən məlumatların doğruluğunu təsdiq edən müvafiq sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, təhsil sənədlərinin, əmək kitabçasının surətləri) 31 avqust 2023-cü il saat 18:00-dək aidiyyatı üzrə rayon təhsil sektorlarına təqdim etməlidir.

 

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 

Namizədlər üçün tələblər:

Təsərrüfat müdiri

    Müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı;

 

Laborant

    4-cü dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

    5-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.

 

Kitabxana müdiri

    12-ci dərəcə: orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı;

    13-cü dərəcə: ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 8 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı.

 

Kitabxanaçı

    7-ci dərəcə: ümumi orta təhsil və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

    8-ci dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

    9-cu dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

    10-cu dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 9 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

    11-ci dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 12 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

    12-ci dərəcə: ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində 8 ildən az olmayaraq əmək stajı.

 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri

    11-ci dərəcə: ümumi orta təhsil, xüsusi hazırlıq kursu, 5 ildən az olmayaraq pedaqoji staj;

    12-ci dərəcə: ümumi orta təhsil, xüsusi hazırlıq kursu, 10 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsili, 5 ilədək pedaqoji staj;

    13-cü dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; orta hərbi təhsil və ya müvafiq ixtisas üzrə ali təhsil, 5 ilədək pedaqoji staj;

    14-cü dərəcə: orta ixtisas təhsili, 10 ildən çox pedaqoji staj; orta hərbi təhsil, 5 ildən artıq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 5 ildən çox pedaqoji staj; ali hərbi təhsil, pedaqoji staja tələb qoyulmadan.

 

Qeyd: Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir.

Aşağıdakı keçiddən istifadə edərək Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakansiyalarala tanış ola bilərsiniz. Müsabiqənin müsahibə mərhələsində uğur qazanan namizədlər vakant yer seçmək hüququ əldə edəcəklər.

 

https://drive.google.com/file/d/1iX9tLV7Ynsnb2eidSDYSFMcW5tuFeqYs/view?usp=sharing


Açar sözlər: ,