21.08.2023

İmişli rayon təhsil sektoruna yeni təyinat olub

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərim Xeyrulla oğlu Kərimov İmişli rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tərəfindən Kərim Kərimov rayonun təhsil ictimaiyyətinə təqdim olunub.

 

Təqdimatda sektorun işçiləri və məktəb direktorları iştirak ediblər.

 

Qeyd edək ki, Kərim Kərimov yeni təyinata qədər İmişli rayonu Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

 

Kərim müəllimi təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,