10.08.2023

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış namizədlər və birbaşa müsahibə mərhələsinə qoşulmaq hüququ olan namizədlər (şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrini seçən namizədlər) iştirak edir.

 

Müsahibə mərhələsi 09 -12 avqust 2023-cü il tarixlərində həyata keçiriləcək.

 

Müsahibə mərhələsində ümumi olaraq direktorluq üçün zəruri olan texniki biliklər, yumşaq bacarıqlar və liderlik keyfiyyətləri yoxlanılır.

 

Müsahibədə müvafiq keçid balını (3 və daha artıq) toplayan namizədlər müsahibə mərhələsini keçmiş hesab ediləcəklər.


Açar sözlər: ,  ,