22.08.2023

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib. 

Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunub və 40 dəqiqə vaxt ayrılıb.
 
Qeyd edək ki, “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanan 30 nəfər namizəddən 24 nəfəri esse mərhələsində iştirak edib.

 

Esseyə verilən tələblər isə aşağıdakı kimidir:  
    Esse arqumentativ olmalıdır  
    Essenin söz sayı -250-300 söz (Söz sayı 100 və aşağı olan esselər qiymətləndirilmir) 
    Hər meyar 5 bal üzərindən qiymətləndirilir

 

Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.


Açar sözlər: ,