28.08.2023

Aranlı kənd Y. Sadatxanov adına 1 saylı tam orta məktəbin yeni binasının inşasına başlanılıb

Heydər Əliyev Fondu tərəfindən İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 saylı tam orta məktəbin yeni binasının inşasına başlanılıb.

 

Məktəbin köhnə binası 1972-cü ildə istifadəyə verilib. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəldiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü üçün 624 şagird yerlik yeni məktəb binası tikilir.

 

Üçmərtəbəli binada 26 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası inşa olunacaq. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmasıda nəzərdə tutulub.

 

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz olunacaq.


Açar sözlər: ,