Görüşdə Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri, ümumi, məktəbdənkənar təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Tədbir 2022-2023-cü tədris ilinin yekunları, 2023-2024-cü tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.
Görüşdə Rəşad Musayev çıxış edərək təhsil sahəsində həyata keçirilən çoxşaxəli islahatlardan, islahatların nəticələri olaraq bir sıra görülən işlərdən, o cümlədən müəllimlərin müvafiq fənlər üzrə sertifkasiyaya cəlb olunmasından, sertifikasiyanın müəllimlərin sosial durumlarının daha da yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini, növbəti tədris ilində də bu prosesin davam edəcəyini bildirib. Bunlarla bərabər təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışaraq Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə hal-hazırda aparılan təmir-tikinti işlərinə toxunaraq, şagirdlərimizin yüksək səviyyədə təhsil alması üçün onlara daha yaxşı şəraitin yaradılması dövlətimizin əsas prioritetlərindən biri olduğunu bildirmişdir.
Daha sonra Saatlı rayonunun ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə danışaraq məktəblərdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya hallarının qarşısının alınması, gələcəkdə bu kimi halların baş verməməsi üçün keçən tədris ilində müvafiq tədbirlərin görüldüyünü xüsusi vurğulayaraq, bu istiqamətdə yeni tədris ilində də zəruri tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra 2022-2023-cü tədris ilinin yekunları, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, fənn olimpiadası, keçirilmiş müxtəlif müsabiqələrin nəticələri, bağçalara və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, məktəblərin birinci siniflərinə qəbul, şagird yerdəyişməsi, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi, məktəbəqədər təhsil müəssisələrində qida təminatı və. s məsələlərlə bağlı idarənin müvafiq struktur bölmə rəhbərləri məlumat verərək bu istiqamətdə müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılmış, səsləndirilən təkliflərə münasibət bildirilmişdir.