31.08.2023

"Əlvida bağça" adlı tədbir keçirib

Sabirabad şəhər 2 nömrəli uşaq bağçasında "Əlvida bağça" adlı tədbir keçirib.

 

Uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov dövlətimizin məkətəbəqədər təhsil müəssiələrinə ayrılan diqqətdən, onların maddi-texniki bazalarınını yaxşılaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verərək, hazırlıq qrupunu başa vuran uşaqlara növbəti təhsil pilləsində müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.

 

Bayram şənliyində balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, sülhə həsr edilən şeirlər söyləyiblər. Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış rəqslər nümayiş etdirilib.


Açar sözlər: ,