01 sentyabr 2023-cü il tarixindən etibarən tədris işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu prosesinə start verilir.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarət olacaq.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 01 sentyabr 2023-cü il tarixindən Mil-Muğan Regional Təhsil İdarəsinin rayonlar üzrə aidiyyəti təhsil sektorlarına yaxınlaşaraq müvafiq sənədləri təqdim edə bilərlər.
Qeydiyyat prosesi 08 sentyabr 2023-cü il saat 18:00-dək davam edəcək.
Tələb olunan sənədlər:
şəxsiyyəti təsdiq edən sənədin surəti;
əmək kitabçasının surəti;
ali təhsil haqqında sənədin və əlavənin surəti;
kadrların uçot vərəqi;
tərcümeyi-hal.
Namizədlər üçün tələblər aşağıdakılardır;
pedaqoji ixtisas üzrə ali təhsil;
3 ildən az olmayaraq pedaqoji staj;
hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Yalnız tələblərə cavab verən namizədlər müsabiqədə iştirak hüququ qazanacaqlar.
Üstünlük veriləcək namizədlər:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
Tələblərə cavab verən namizədlər (bir neçə gün öncə məlumatlandırılmaqla) test mərhələsinə dəvət olunacaqlar.
Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.
Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə keçmək hüququ qazanır.
Müsabiqənin müsahibə mərhələsi zamanı aşağıdakı meyarlar yoxlanılacaq:
Vəzifə üzrə praktiki biliklər;
İdarəetmə bacarıqları;
Şəxsi keyfiyyətlər.
Qeyd: Müsabiqənin hər hansı bir mərhələsində namizəd tərəfindən təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edilərsə, namizədin müsabiqə nəticələri ləğv ediləcək.