09.09.2023

600-dən yüksək bal toplayanlarla görüş keçirilib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2022-2023-cü tədris ilində 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Saatlı rayon təhsil sektorunun əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak edib.

 

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonda bir çox ümumtəhsil müəssisələrində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, maddi-texniki bazalarının gücləndirilməsindən danışıblar.

 

Sonda 600-dən çox bal toplamış məzunlara qiymətli hədiyyələr və Mil-Muğan RTİ-nin fəxri fərmanları təqdim olunub.


Açar sözlər: ,