12.09.2023

Beyləqan rayonunda ümumi təhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Görüşdə Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri, ümumi, məktəbdənkənar təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.

 

Tədbir ötən tədris ilinin yekunları, 2023-2024-cü tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.

 

Görüşdə Rəşad Musayev çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan, islahatların nəticələri olaraq məktəblərdə tətbiq olunan innovativ layihələrdən,  şagirdlərin vahid məktəbli formasına keçməsindən, o cümlədən müəllimlərin müvafiq fənlər üzrə sertifkasiyaya cəlb olunmasından, sertifikasiyanın müəllimlərin sosial durumlarının daha da yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etməsindən, növbəti tədris ilində də bu prosesin davam edəcəyindən danışıb.

 

2023-2024-cü tədris ilində ümumi təhils müəssisələrinin binalaranın qorunması, məktəblərdə yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə təşkili və aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırlması, tədrisdə informasiya texnologiyalarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

 

Daha sonra Beyləqan rayonunun ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə danışaraq məktəblərdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələlər də müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

 

Sonra rayon üzrə 2022-2023-cü tədris ilinin yekunları, IV siniflərin monitorinqi, IX və XI siniflər üzrə buraxılış imtahanlarının, fənn olimpiadalarının nəticələri, şagirdlərin müsabiqələrdə uğurları, bağçalara və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, məktəblərin birinci siniflərinə qəbul, şagird yerdəyişməsi, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi, məktəbəqədər təhsil müəssisələrində qida təminatı və. s məsələlərlə bağlı idarənin müvafiq struktur bölmə rəhbərləri məlumat verərək bu istiqamətdə müzakirələr aparılıb.

 

Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılmış, səsləndirilən təkliflərə münasibət bildirilmişdir.


Açar sözlər: ,  ,  ,