Görüşdə Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri, ümumi, məktəbdənkənar təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Tədbir ötən tədris ilinin yekunları, 2023-2024-cü tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.
Görüşdə Rəşad Musayev çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan, islahatların nəticələri olaraq məktəblərdə tətbiq olunan innovativ layihələrdən, şagirdlərin vahid məktəbli formasına keçməsindən, o cümlədən müəllimlərin müvafiq fənlər üzrə sertifkasiyaya cəlb olunmasından, sertifikasiyanın müəllimlərin sosial durumlarının daha da yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etməsindən, növbəti tədris ilində də bu prosesin davam edəcəyindən danışıb.
O, direktorlara fəaliyyətdə nəticəyönümlülüyü əsas götürməyi tövsiyə edərək, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini bildirərək məktəblərdə kadr təminatı, işə qəbul, məktəb idarəetməsinin təkmilləşdirilməsi və kommunikasiya ilə bağlı fikirlərini bildirib.
2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin binalaranın qorunması, məktəblərdə yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə təşkili və aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırlması, tədrisdə informasiya texnologiyalarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.
Daha sonra İmişli rayonunun təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə danışaraq məktəblərdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələlər də müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.
Sonra rayon üzrə 2022-2023-cü tədris ilinin yekunları, IV siniflərin monitorinqi, IX və XI siniflər üzrə buraxılış imtahanlarının, fənn olimpiadalarının nəticələri, şagirdlərin müsabiqələrdə uğurları, bağçalara və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, məktəblərin birinci siniflərinə qəbul, şagird yerdəyişməsi, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi, məktəbəqədər təhsil müəssisələrində qida təminatı və. s məsələlərlə bağlı idarənin müvafiq struktur bölmə rəhbərləri məlumat verərək bu istiqamətdə müzakirələr aparılıb.
Təhsil müəssisələrinin illik və çoxillik spesifik fəaliyyət planlarının tərtibi və işlənmə mexanizmlərinin, həmçinin fəaliyyət planı üzrə hesabatların hazırlanması qaydaları haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şagirdlərin elektron yerdəyişmə və məktəbə qəbul, monitorinqlər, buraxılış imtahanlarının təhlilləri və reytinqlər, məktəb hesabatları kimi məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.
Sonda məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.