15.09.2023

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin nəzərinə!

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 15 sentyabr 2023 -cü il tarixdə başlamaqla18 sentyabr 2023-cü il tarixdə saat 23:59-dək aşağıdakı linkə keçid edərək məlumatlarını qeyd edə bilərlər:

 

https://forms.gle/H3vWvYprBPnj1FBQ8

 

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu (MİQ) və ya diaqnostik qiymətləndirilməsində (DQ) iştirak etmiş, həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin vakant yerlərə təyinatı müraciətlərdə ardıcıllıq prinsipi gözlənilməklə və pedaqoji göstəricilər nəzərə alınmaqla ediləcək.

 

Mil-Muğan Regional Təhsil İdarəsinə, eləcə də işləmək istədiyi ümumi təhsil müəssisəsinə ərizə ilə müraciət edən namizədlərdən də göstərilən link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.


Açar sözlər: ,  ,