15.09.2023

Məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Saatlı rayonu Azadkənd kənd tam orta məktəbinin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil - Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəb kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları yenidən tikilmiş məktəbdə yaradılmış şəraitlə tanış olublar.

 

Bildirilib ki, məktəb 320 şagird yerlikdir. Təhsil müəssisəsində müasir sinif otaqları ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.


Açar sözlər: ,  ,  ,