20.09.2023

Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib

Saatlı rayonu Qaracalar kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib.

 

Məktəb 360 şagird yerlikdir. Üç mərtəbə və 2 korpusdan ibarət bu təhsil ocağı zəruri mebel, avadanlıqlarla təmin edilib, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, həmçinin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.


Açar sözlər: ,  ,