21.09.2023

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin nəzərinə

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 20-23 sentyabr 2023-cü il tarixlərində aşağıdakı linkə keçid edərək məlumatlarını qeyd edə bilərlər:

 

https://forms.gle/2bsSEextszfefDe27

 

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu (MİQ) və ya diaqnostik qiymətləndirilməsində (DQ) iştirak etmiş, həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər. Namizədlər yalnız bir vakant yer seçə bilərlər. Vakant yer seçərkən azərbaycan bölməsində çalışan müəllimlər rus bölməsi üzrə vakant yer seçə bilməzlər.

Müəllimlərin vakant yerlərə təyinatı müraciətlərdə ardıcıllıq prinsipi gözlənilməklə və pedaqoji göstəricilər nəzərə alınmaqla ediləcək.

 

Mil-Muğan Regional Təhsil İdarəsinə, eləcə də işləmək istədiyi ümumi təhsil müəssisəsinə ərizə ilə müraciət edən namizədlərdən də göstərilən link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.


Açar sözlər: ,