23.09.2023

Direktor müavini və təşkilatçı vəzifəsinə işə qəbul imtahanı keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

Sabirabad şəhəri M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçirilən imtahanda qeydiyyatdan keçimiş 120 nəfər namizəddən 106 nəfəri iştirak edib.

 

Namizədlər pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırıqlarını cavablandırıblar.

 

Test mərhələsində uğur qazanan namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.


Açar sözlər: ,  ,