20.09.2023

Test imtahanı keçiriləcək

23 sentyabr 2023-cü il tarixində saat 10:00-da Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün test imtahanı keçiriləcək.

 

Sabirabad şəhəri M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçiriləcək imtahanda namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq.

 

Qeydiyyatdan keçmiş namizədlərə sms vasitəsilə məlumat veriləcəkdir.


Açar sözlər: ,