05.10.2023

5 oktyabr- Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan RTİ-ninTədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, İmişli, Saatlı, Beyləqan rayon təhsil sektorlarının müdirləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Rəşad Musayev Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb və müəllimlərin  çətin və şərəfli əməyindən danışaraq onları peşə bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, bu sahəyə ölkə prezidenti Prezident İlham Əliyev cənabları tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Müəllimlərin mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların da təhsil işçiləri üçün böyük stimul verdiyini vurğulayıb.

 

İmişli, Saatlı və Beylaqan rayon təhsil sektorlarının müdirləri çıxış edərək ötən dərs ilində görülmüş işlər, qazanılmış nailiyyətlər və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıblar. 

 

Sonra çıxış edənlər ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıblar.

 

Sonda 5 Oktyabr – Müəllimlər Günü münasibətilə Mil-Muğan RTİ-nin rəhbərliyi tərəfindən ötən tədris ilində IX siniflərin buraxılış imtahanında və IV siniflərin monitorinqində ən yüksək nəticə göstərən siniflərdə dərs deyən müvafiq fənn müəllimləri fəxri fərmanla təltif olunub və hədiyyələr verilib.


Açar sözlər: ,  ,  ,