06.10.2023

Esse müsabiqəsi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGAMA) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunan kiçik qrant müsabiqəsində qalib olmuş “Gənc müəllimlər dilimizin keşiyində” layihəsini həyata keçirir.

 

Layihənin məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc Azərbaycan dili və ədəbiyyatı müəllimləri arasında təlimlər həyata keçirərək düzgün diksiyanı, natiqlik bacarıqlarını və esse yazılışını təkmilləşdirməkdir.

 

Çox saylı istəklərlə bağlı 3 regionda keçirilməsi nəzərdə tutulan layihənin qeydiyyat forumu bütün regionlar üçün açıq elan olunub.

 

Qeyd olunanları nəzərə alaraq növbəti mərhələ olan esse müsabiqəsində Mil-Muğan Regional Təhsil İdarəsinin təbeliyində fəaliyyət göstərən məktəb şagirdlərinin iştirak etməsi üçün qeydiyyat linkinin sizlərin diqqətinizə çatdırırq.

 

Qeydiyyat linki: https://forms.gle/sMQJt7DPKAMosWVw9

 

Xatırladırıq ki, son qeydiyyat tarixi 12 oktyabr 2023-cü ildir.

 

Esse müsabiqəsi müsabiqəsində yalnız V-VII və VII-IX sinif şagirdləri iştirak edə bilərlər.

 

Esse müsabiqəsində təqdim olunan mövzular: “Heydər Əliyevin həyat yolu”, “Heydər Əliyevin yaradıcılığı”.


Açar sözlər: ,  ,  ,