14.10.2023

“Tariximizi danışan rəsmlər” layihəsinin açılış mərasımı keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş “Tariximizi danışan rəsmlər” layihəsinin Saatlı rayon Gənclər Mərkəzində açılış mərasımı keçirilib.

 

Açılış mərasimində layihənin rəhbəri Kəmalə Qədirli layihənin məqsədi və görüləçək işlər barəsində iştirakçılara ətraflı məlumat verib. O, layihənin məqəsədi haqqında danışaraq bildirib ki, layihədə iştirak edəcək şagirdlərə Azərbaycan tarixində iz salan tarixi hadisələrin araşdirilması, onların dərindən öyrənilməsi, təsvir edilməsi istiqamətində dərslər təşkil ediləcək və şagirdlərin çəkdikləri rəsmlərin sərgisi keçiriləcəkdir.

 

Bu şagirdlərdə rəssamlıq bacarıqlarının inkişafı ilə paralel olaraq tarixi hadisələri daha dərindən araşdırmağa və onları rəsmlərdə təsvir etmələrinə köməklik edəcəkdir.

Sonda tədbirdə iştirak edənlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,