17.10.2023

“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilir.

 

Maarifləndirici tədbirlərin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

 

Tədbirlər zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur.

 

Görüşlərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır.


Açar sözlər: ,  ,  ,