25.10.2023

“Vətən kuboku" intellektual bilik yarışı layihəsinin final turu keçirilib

Beyləqan rayonunun Ümumtəhsil məktəblərində məktəbliləri arasında “Vətən kuboku" intellektual bilik yarışı layihəsinin final turu keçirilib.

 

Rayon üzrə 44 məktəbdən 264 nəfər şagirdin iştirak etdiyi layihənin final mərhələsində 16 komanda iştirak edib. Final Xəmsə formatı üzrə keçirilib.

 

Gərgin mübarizə şəraitində başa çatan yarışda Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin komandası I, I Aşıqlı kənd məktəbin komandası II, II Aşıqlı kənd məktəbin komandası III, Şahsevən kənd 1 nömrəli tam orta məktəbinin komandası isə IV yeri tutub. Qaliblər kubok, medal və diplomlarla təltif olunublar.

 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mil" sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi tərəfindən icra edilən "Beyləqan məktəbliləri arasında "Vətən" kuboku" layihəsi çərçivəsində təşkil edilib.


Açar sözlər: ,  ,  ,