26.10.2023

50 və daha artıq bal toplayan müəllimlərlə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 2023-2024-cü tədris ili üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsindən müddətsiz müqavilə əsasında  işə qəbul olan, 50 və daha artıq bal toplayan müəllimlərlə görüş keçirilib.

 

Görüşün məqsədi gənc müəllimlərə dəstək olmaq, fəaliyyətlərində qarşılaşdıqları çətinliklərlə maraqlanmaq, həlli istiqamətində onlara köməklik göstərmək və onların qayğıları ilə maraqlanmaq olub.

 

Görüşdə çıxış edənlər son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən danışıblar. Hər il MİQ müsabiqəsində iştirak edən namizədlərin sayının daha da artmasının və bunlar arasında gənclərin üstünlük təşkil etməsi, həmçinin müəllimlik peşəsinə olan marağın artmasından xəbər verdiyini bildiriblər. Müəllimlərin əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, kənd yerləri üçün həvəsləndirmə tədbirlərinin tətbiq edildiyini, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsinin nəticəsində rayonlar üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu bildiriblər.

 

Sonra müəllimlərin ehtiyac və qayğıları öyrənilib. Onların təcrübələrinin və gələcək prespektivlərini artırmaq üçün müvafiq tövsiyələr verilib.

 

Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

 

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.


Açar sözlər: ,  ,