27.10.2023

İmişli və Beyləqan rayonlarının məktəb direktorları ilə görüş keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, təhsil sahəsində uzun müddət böyük təcrübəsi olan Almaz Əsgərova və Sevda Quliyeva, İmişli və Beyləqan rayon təhsil sektorlarının müdirləri və məktəb direktorları iştirak edib.

 

Görüşdə 2022-2023-cü tədris ili üzrə buraxılış imatahanalrının nəticələri, IV sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi və cari tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

 

Tədbirdə çıxış edənlər ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən danışaraq, 2023-2024-cü tədris ilində məktəblərdə idarəetmənin, müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin tədrisin keyfiyyətinin əvvəlki tədris ili ilə müqayisədə daha da yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıblar və bu istiqamətdə müvafiq tapşırıqlar veriblər.

 

Direktorlara fəaliyyətlərində nəticəyönümlülüyü əsas götürmək tövsiyə olunub, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyi bildirilib.


Açar sözlər: ,  ,  ,