30.10.2023

"Məktəbəqədər təhsil müəssisələrində metodik işin təşkili" mövzusunda təlim keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə RTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün, "Məktəbəqədər təhsil müəssisələrində metodik işin təşkili" mövzusunda təlim keçirilib.

 

Təlimdə məktəbəqədər təhsil proqramı (kurikulumu), təlim strategiyaları, illik planlaşdırmanın hazırlanma qaydaları və digər metodiki məsələlər barədə ətraflı məlumat verilib.

 

Təlimin məqsədi bağçalarda təlim prosesində səmərəliliyi artırmaq və tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaq olub. Təlimin sonunda bağça müdirlərini maraqlandıran çoxsaylı suallara cavab verilib.


Açar sözlər: ,  ,