30.10.2023

Rzayev Elxan Ariz oğlunun ailəsi və məzarı ziyarət olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Sabirabad rayonunun Vətən müharibəsi şəhidi, Sabirabad rayonu Qaraqaşlı kənd tam orta məktəbin informatika müəllimi olmuş Rzayev Elxan Ariz oğlunun ailəsini və məzarını ziyarət edib.

 

Şəhid ailəsi ilə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Rəşad Musayev şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini qeyd edib. Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Rəşad Musayev şəhidin evində Rzayev Elxanın döyüş yolunu əks etdirən guşəyə baxış keçiriərək, səmimi söhbət zamanı Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın Xankəndində dalğalandığını, döyüşlər zamanı düşmən qarşısında sinə gərən şəhid və qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.

 

Sonda şəhidin məzarı ziyarət edilərək, məzarı üzərinə gül dəstələri qoyularaq, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Açar sözlər: ,  ,